28/04/2017 14:04

ABŞ qitələrarası raketin sınağını keçirdi

ABŞ Silahlı Qüvvələri “Minuteman III” qitələrarası raketinin sınağını həyata keçirib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə xəbəri ABŞ Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin mətbuat xidməti yayıb.

Raket Kaliforniya ştatında yerləşən Vandenberq aviabazasında start götürüb. “Minuteman III” Marşal adalarındakı poliqonda şərti hədəfi məhv edə bilib. Raket ümumilikdə 4,2 min mil (6800 km) qət edib.

Xatırladaq ki, “Minuteman III” raketi 12 min km məsafədə hədəfi məhv edə bilir.