09/01/2017 13:35

ABŞ RLS kəşfiyyatı təyyarələrini aviadaşıyıcı gəmilərdə yerləşdirir

Northrop Grumman - E-2D

ABŞ Hərbi Dəniz Qüvvələri “E-2D Advanced Hawkeye” uzaq mənzilli radiolakasiya (RLS) kəşfiyyatı təyyarələri 2017-ci ilin fevralından etibarən aviadaşıyıcı gəmilərdə xidmətə başlayacaq.

“AzeriDefence”nin məlumatına görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Amfibiya tipli E-2D təyyarələri uzun zaman istifadədə olan “E-2 Hawkeye” seriyasının ən yeni versiyası olaraq invertara daxil edilib.

Məlumatda o da qeyd olunur ki, ABŞ-ın hərbi donanması Asiya – Sakit Okean bölgəsindəki prosesləri nəzarətdə saxlamaq üçün bu addımı atıb.

“Northrop Grumman” şirkətinin istehsal etdiyi “E-2D Advanced Hawkeye” havadan erkən xəbərdarlıq təyyarələrinin də həmin bölgədə xidmət edəcəyi bildirilib.

Təyyarədə qarşıdurma sahəsi üzərində təsirli ola bilən uzun mənzilli radar və elektron rabitə sistemləri ilə oxşar təyyarələrdən daha irəliyə çatan sensorlar yer alır.

Xəbər Lenti