14/02/2017 10:26

ABŞ Rusiya ilə sərhədə 100-ə yaxın döyüş helikopteri göndərdi

ABŞ Silahlı Qüvvələrinin aviasiya briqadasının döyüş helikopterləri və hərbi nəqliyyat vasitələri Şərqi Avropaya göndərilib.

“AzeriDefence”nin “DeutscheWelle” saytına istinadən verdiyi məlumatına görə, hərbi texnika artıq Almaniyanın Bremerxafen limanına çatıb.

ABŞ Ordusunun Nyu-York ştatındakı Fort Dramda yerləşən hərbi bazasından göndərilən helikopterlərin sayı 94 olub. Bunlar əsasən “Chinook”, “Apache” və “BlackHawk” döyüş helikopterləridir.

Həmçinin, onlarla hərbi nəqliyyat vasitəsi də gələn texnikaların sırasına daxil edilib.

Həmin hərbi texnika Almaniyadakı limandan Litva, Polşa və Rumınyadakı NATO hərbi birləşmələrinə göndəriləcək.