30/01/2017 17:00

ABŞ səfirliyi açıqladı: Ermənistana 48 milyon dollarlıq hərbi yardım edilib – FOTO

ABŞ Hökuməti 2002-ci ildən indiyədək Ermənistana 48 milyon dollar dəyərində hərbi yardım edib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi öz “twitter” hesabında bildirib.

Yardım çərçivəsində Ermənistan Ordusuna tibbi avadanlıqlar, rabitə vasitələri, mühafizə vasitələri bağışlanıb, təlimlər keçirilib.

Bundan başqa, ABŞ və Ermənistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq proqramı çərçivəsində Ermənistanda 4 milyon dollar dəyərində 50 humanitar layihə reallaşdırılıb.

ABŞ-ın Beynəlxalq Hərbi Təhsil və Təlim Proqramında (İMET) bu dövrdə Ermənistandan 210 məzun iştirak edib.

erm34