16/11/2017 15:14

ABŞ şirkəti “Glock 19” tapançasının qatlanan versiyasını hazırlayıb – VİDEO

ABŞ-ın “Full Conceal” şirkəti “Glock 19” tapançasının yeni qatlanan konstruksiyaya malik versiyasını hazırlayıb.

“AzeriDefence”  “Range 365”ə istinadən xəbər verir ki, hazırda qatlanan dizaynlı “Glock 19” tapançasının seriya nümunələri pərakəndə şəkildə mağazalarda satışa çıxarılıb.

“Glock 19” tapançası “Glock 17”nin kiçildilmiş versiyasıdır. “Full Conceal” şirkətinin mütəxəssisləri hesab ediblər ki, tapançanın qabaritləri onsuz da böyükdür. Bunu azaltmaq üçün, şirkət tapançanı qatlanan konstruksiyalı hazırlayıb.

“M3 Glock-19” adı verilən yeni tapançanın ilk prototipi cari ilin əvvəlində nümayiş etdirilib. Ancaq silahla maraqlanan potensial alıcılar, tapançanı gördükdən sonra onun özəlliklərini bir mənalı qarşılamayıblar.

“M3 Glock-19”un satışa çıxarılan komplektinə tapança ilə yanaşı, iki artırılan daraq və 9 mm-lik 22 ədəd patron da daxildir. “Full Conceal” şirkətdən həmçinin bildirilib ki, tezliklə “Glock 43” tapançasının da qatlanan versiyası hazırlanacaq.