18/01/2018 17:29

ABŞ “Stinger”ləri yenidən istifadəyə daxil edir

ABŞ Silahlı Qüvvələri 15 il əvvəl istifadədən kənarlaşdırdığı “Stinger”(FIM-92 “Stinger”) daşınan zenit-raket komplekslərini yenidən Quru Qoşunlarının istifadəsinə verib.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, 1981-ci ildə silahlanmaya qəbul edilən raket kompleksi, aşağı hündürlükdə uçan hava hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulub. ABŞ rəsmilərinin verdiyi açıqlamalara görə, quru qoşunlarına yenidən “Stinger”in istifadəsi ilə bağlı dərslər keçiriləcək. Bundan sonra isə raket kompleksi onların istifadəsinə veriləcək.

Rusiya-Ukrayna münasibətləri gərginləşdikdən sonra Rus Ordusunun əldə etdiyi silah, hərbi texnika ilə yanaşı pilotsuz uçuş aparatları ilə də böyük təhlükələr yaratdığı aşkar edilib. Məhz bu səbəbdən  “Stinger” daşınan zenit-raket kompleksinin PUA-lara qarşı effektiv təsirli olduğu qiymətləndirilib. ABŞ rəsmilərinin bu addımı atmalarının (“Stinger”lərin yenidən quru qoşunlarının istifadə verilməsi) əsas səbəbi məhz bununla əlaqədardır. Buna görə də, qısa vaxt ərzində ABŞ Quru Qoşunları, Avropada 62 “Stinger” taqımı hazırlamağa çalışır. Əsas hədəfləri isə bu proqram başa çatana qədər hər diviziyada bir qısa mənzilli hava hücumundan müdafiə taborunun olmasıdır.

Qeyd edək ki, istifadəsi sadə və çəkisi yüngül olan raket kompleksi hazırda təxminən 19 dövlətin silahlanmasında yer alır.