31/07/2015 21:17

ABŞ Səudiyyə Ərəbistanı və Misirə böyük həcmli silah satır

ABŞ Səudiyyə Ərəbistanı və Misirə böyük həcmli silah satışına icazə verib.
“AzeriDefence”nin xəbərinə görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, bu günlərdə ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 5.4 milyard dollar dəyərində “Patriot” PAC-3 hava hücumundan müdafiə sisteminin, Misirə isə 1.3 milyard dollar dəyərində 8 ədəd F-16 Blok 20 təyyarəsinin, 20 ədəd “Harpoon” raketinin və hərbi ləvazimatların satışına icazə verib.

Bundan başqa, Səudiyyə Ərəbistanına 500 milyon dollar dəyərində döyüş sursatı da satılacaq.