28/01/2016 15:13

ABŞ Ukrayna Ordusuna zirehli maşınlar verəcək

ABŞ-ın “Textron Systems” şirkəti Ukrayna Ordusuna SCTV (Survivable Combat Tactical Vehicle) zirehli transportyor verəcək.

“AzeriDefence”nin “Textron Systems”in mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, 2015-ci ildə tərəflər arasında əldə olunan razılığa əsasən, şirkət Ukrayna Ordusuna 200 ədəd adıçəkilən texnikadan verəcək.

Bundan başqa maşının Ukraynada yığılması məsələsinə dair də razılı əldə edilib.

Maşınlar “Ukroboronmprom” dövlət şirkətinə daxil olan müəssisələrin birində yığılacaq.