28/10/2015 15:30

ABŞ Ukraynanı silahlandırır: “Desert Tech” silahlanmaya qəbul olundu

ABŞ istehsalı olan “Desert Tech” (Desert Tactical Arms, DTA) snayper tüfəngləri Ukrayna Silahlı Qüvvələrinin arsenalına verilib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, bu ildən Ukraynanın güc strukturlarına adıçəkilən silahın verilməsinə başlanılacaq.

DTA SRS-A1 snayper tüfəngləri hərbçilərin və polislərin silahlanmasında istifadə olunur. Şəhər döyüşləri üçün effektli silahlardan sayılır.

Məlumatda o da qeyd olunub ki, daha əvvəl ABŞ istehsalı olan “Barrett” tüfəngi də Ukrayna hərbi qurumlarının silahlanmasına daxil olub.

Qeyd edək ki, SRS-1 snayper tüfəngləri hazırda postsovet məkanında Gürcüstan Ordusunun silahlanmasında yer alır.