21/10/2017 12:00

ABŞ Ukraynaya daha 40 ədəd “Hummer” avtomobili verir

ABŞ Ukraynaya 40 ədəd yolsuzluq şəraitində tibbi xidmətlər üçün nəzərdə tutulan “Hummer” avtomobili verir.

“AzeriDefence” “Seqodnya” nəşrinə istinadən xəbər verir ki, bu haqda Ukrayna səfirliyi məlumat yayıb.

Bildirilib ki, Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy “AM General” hərbi avtomobillər istehsal edən şirkətin rəhbəri ilə görüşüb. Görüş zamanı qərara alınıb ki, cari ilin oktyabr ayında  40 ədəd “Hummer” tibbi avtomobiləri Ukryanaya təhvil verilməlidir.

Xatırladaq ki, 2015-ci ilin iyulunda Amerikanın 100-dən çox “Hummer” i Ukraynanın Odessa şəhərinə gətirilib. 2017-ci ilin yanvarında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Viktor Mujenko, ABŞ-ın Ukraynaya bu avtomobillərin daha bir partiyasını çatdıracağını bildirmişdi.