16/02/2017 20:45

Rusiya və ABŞ silahlı qüvvələrinin baş qərargah rəislərinin Bakı görüşünün bəzi təfərrüatlar məlum olub

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danfordun və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Bakı görüşü ilə bağlı bəzi təfərrüatları məlum olub.

“AzeriDefence”nin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi görüşün təfərrüatı barədə məlumat yayıb.

C. Danford və V. Gerasimov ABŞ-Rusiya münasibətlərinin cari vəziyyəti, Avropa, Yaxın Şərq, Şimali Afrika və dünyanın digər regionlarında beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Bundan başqa tərəflər təhlükəsizliyinin artırılması, gərginliyin və insidentlərin yaranması risklərinin azaldılması sahəsində birgə işin istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Sonda tərəflər əlaqələri davam etdirmək barədə razılığa gəliblər.