15/02/2017 20:44

ABŞ və Rusiya silahlı qüvvələrinin baş qərargah rəisləri Bakıda görüşəcək

 

ABŞ-ın Silahlı Qüvvələrinin baş qərargah rəisi Cozef Danford rusiyalı həmkarı Valeriy Qerasimovla Bakıda görüşəcəklər.

“AzeriDefence”nin RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumatına görə, bu barədə açıqlamanı ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yayıb.

Pentaqondan bildirilib ki, fevralın 16-da Bakıda keçirilən görüşdə Rusiya və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və dünyanın böhranlı bölgələrində təhlükəsizlik sahəsində vəziyyət müzakirə ediləcək.

Məlumatda o da qeyd olunub ki, gündəliyə Rusiya və ABŞ arasında qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti və perspektivləri, eləcə də tərəflərin hərbi fəaliyyəti ilə bağlı insidentlərin qarşısının alınmasının müzakirəsi daxil edilib.