21/09/2017 17:54

ABŞ yeni lazer silah qurğuların testlərini keçirib

ABŞ-ın “Lockheed Martin” şirkəti (Advanced Test High Energy Asset – ATHENA) indeksli lazer silah qurğuların testlərini həyata keçirib.

“AzeriDefence”nin xarici mətbuata istinadən verdiyi xəbərə görə, sınaqlar ABŞ-ın Nyu-Meksiko ştatında, Uayt Sands Missil Reyndj hərbi bazasında keçirilib.

Sınaq zamanı lazer silahıyla beş ədəd “Outlaw” pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Videomaterialdakı kadrlardan da görünür ki, lazer silahının tədbiqi nəticəsində PUA yanır, sonra isə quyruq hissəsinə qədər bütövlüklə dağılır.

Məlumatda o da qeyd olunub ki, bundan əvvəl ABŞ Hərbi-Dəniz Qüvvələrləri Fars körfəzində “Laser Weapons System” (LaWS) lazer silah qurğusunu sınaqdan keçirib.