06/09/2018 18:14

ABŞ yeni nəsil zireh sistemləri hazırlayır

ABŞ-ın TARDEC Elmi-tədqiqat mərkəzi zirehli maşınlar üçün yeni nəsil zireh sistemləri üzərində işləyir.

“AzeriDefence”nin məlumatına görə, bu barədə TARDEC açıqlama yayıb.

Gərgin döyüş sahələrində istifadə olunan nəqliyyat vasitələri üçün hazırlanan lay şəkilli müdafiə sistemləri maşınların dözümlülük qabiliyyətini artıracaq. TARDEC tərəfindən hazırlanmış ənənəvi metodlardan fərqli iş stilinə malik olan ERA dəstləri, əsas modulun üstünə yerləşdirilmiş V formatlı panelləri də əhatə edir.

Bununla belə digər modulların partlayışdan sistemə təsirini minimuma endirmək və sistemin səmərəliliyinin artırılması üçün işlər davam etdirilir. Ordunun ehtiyaclarına uyğun olaraq hazırlanacaq yeni nəsil döyüş vasitələrində istifadə edilməsi planlaşdırılan zireh dəstlərinin qiymət və performansı da sələfindən fərqlənəcək.