08/02/2018 14:02

ABŞ yeni V-280 “Valor” təyyarəsinin sınaqlarını keçirib

ABŞ-ın “Bell Helicopter” şirkətinin hazırladığı tiltrotor tipli V-280 “Valor” təyyarəsi ilk yüksək sürətli uçuşunu həyata keçirib.

“AzeriDefence” xarici mediaya istinadən xəbər verir ki, V-280 “Valor” sınaqlar zamanı aşağı hündürlükdə uçmaq və digər manevr imkanlarını nümayiş etdirib. Tiltrotor 300 metr yüksəklikdə 150 km/saatla hərəkət edib.

Şirkət mütəxəssislərinin sözlərinə görə, V-280 “Valor” təyyarəsinin seriyalı istehsalına başlamağa hazırdırlar. ABŞ-ın hərbi planlarına əsasən, yeni tiltrotor tipli təyyarələr 2030-cu ildə silahlanmaya qəbul ediləcək.

V-280 “Valor” təyyarəsinin sələfi V-22 Ospreydən əsas üstünlüyü qiymətinin (ABŞ Ordusuna bir ədəd V-22 Osprey alışına 100 milyon dollar vəsait xərclənirdi) ucuz olması və uçuş qabiliyyətinin artırılmasındadır.

Yeni tiltrotorun maksimum sürəti 518 km/saat təşkil edəcək. Döyüş radiusu 1500 km, uçuş mənzili 3900 km olan V-280 “Valor” 2 nəfərlik ekipajı ilə birlikdə 14 personalı daşıma imkanına malikdir.