22/01/2018 13:20

ACV 1.1 amfibiya döyüş maşının seriyalı istehsalı başlayır

“BAE Systems” şirkətinin ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) xüsusi təyinatlı piyada qoşunları üçün hazırladığı amfibiya döyüş maşının (Amphibious Combat Vehicle/ACV) seriyalı istehsalına başlanılır.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, ABŞ 2018-ci ilin iyununda ACV 1.1 amfibiya döyüş maşınlarının seriyalı istehsalına başlayacaq.

2015-ci ilin noyabrında yaradılan ACV 1.1 maşının bu günə qədər 16 prototipi ABŞ dəniz piyadalarına təhvil verilib.

ACV-nin üstünlüklərindən biri onun gəmidən dənizə endirildikdən sonra platformanın təkrar geri alına bilməsidir. 8×8 təkər formuluna malik döyüş maşını 700 at gücündə mühərriklə təchiz edilib. Sürəti 12 dəniz mili təşkil edən maşında 13 döyüşçünün daşınması üçün yer yaradılıb. ACV-də partlayışlara qarşı yüksək müdafiə sistemi də qurulub.

Məlumatda o da qeyd olunub ki, ACV 1.1 amfibiya döyüş maşınları 1970-ci il istehsalı AAV-7A1 zirehli transportyorları əvəzləyəcək.