08/05/2013 16:26

ADEX-2014 sərgisinin keçiriləcəyi tarix açıqlandı

Azərbaycanda 2014-cü ildə təşkil olunacaq beynəlxalq müdafiə sənayesi sərgisinin keçiriləcəyi günlər dəqiqləşib. “AzeriDefence”nin sərginin təşkilat komitəsinə istinadən verdiyi məlumata görə, ADEX-2014 sərgisi 2014-cü il sentyabrın 17-dən 19-dək Bakı şəhərindəki Sərgi Kompleksində keçiriləcək.

Sərginin təşkilati işlərini İTECA Caspian şirkəti həyata keçirəcək. Artıq Türkiyədə keçirilən İDEF-2014 sərgisində ADEX-2014 sərgisinin tanıtım bukletlərinin paylanmasına başlanıb.