26/09/2016 16:49

ADEX-2016: Azərbaycanın yeni iriçaplı snayper tüfəngi – NST-14.5

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisəsində hazırlanmış yeni 14.5 mm çaplı snayper tüfəngi ADEX-2016 beynəlxalq müdafiə sərgisində ilk dəfə nümayişə çıxarılıb.

“AzeriDefence”nin məlumatına görə, NST-14.5 adlanan yeni snayper tüfəngi EM (EM-14, AZ-7.62) silah ailəsinin davamı kimi təqdim olunub.

Silahın konstruktoru Emin Əhmədovun sözlərinə görə, çəkisi 20 kq təşkil edən tüfəngin uzunluğu 1900 mm, qundağı yığıldıqda isə 1600 mm-dir. Tüfəng 5 patron tutumlu darağa sahibdir. Nişangah mənzili 2000 metr təşkil edən NST-14.5 tüfəngində sola qatlanan və hündürlüyü tənzimlən qundaq və xüsusi olaraq hazırlanmış ağız əyləci tətbiq edilib.

nst