28/06/2016 12:49

ADEX-2016 çərçivəsində seminarlar keçiriləcək

2-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi – ADEX 2016 çərçivəsində seminar və təqdimatların keçirilməsi planlaşdırılır.

Bu barədə “AzeriDefence”yə sərginin təşkilatçısı olan CEO şirkətindən məlumat verilib.

Bu ilin sentyabr 27-30 tarixlərində keçiriləcək müdafiə sərgisində “Ərazilərin minalardan təmizlənməsi üzrə texnologiya və sistemlərin inkişaf perspektivləri. Bu prosesdə sahədə çalişan şirkətlərin iştiraki və rolu”, “Pilotsuz sistemlər sahəsində müasir texnologiyalar və yeniliklər” və “Hərbi hava müdafiəsi üzrə müasir yanaşmalar və sistemlər” mövzusunda seminarlar keçiriləcək.

Sərgi çərçivəsində “Hərbi‐texniki baza və gələcək inkişaf planlari”, “Azərbaycanin hərbi‐texniki gücünün inkişafi ilə bağli gələcək planlar”, o cümlədən “Tərəfdaşlarla əməkdaşliq imkani” mövzusunda Müdafiə Sənayesi Nazirliyinin təqdimati reallaşdırılacaq. a