29/09/2016 23:17

ADEX-2016: HAVELSAN və “Azairtechservice” müqavilə imzalayıb

ADEX-2016 beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycanın “Azairtechservice” şirkəti ilə Türkiyənin HAVELSAN şirkəti arasında əməkdaşlıq müqaviləsi  imzalanıb.

“AzeriDefence”nin məlumatına görə, müqavilə çərçivəsində iki şirkət müdafiə sahəsində – xüsusilə komanda-nəzarət sistemləri və simulyasiya layihələrində əməkdaşlıq edəcək.

Müqaviləni HAVELSAN İdarə Heyətinin sədri Yüksəl Öztəkin, HAVELSAN-ın baş direktoru Əhməd Həmdi Atalay və “Azairtechservice” şirkətinin İdarə Heyətinin sədri Arif Rəhimov imzalayıb.