29/09/2016 22:52

ADEX-2016: MAKA-dan tank əleyhinə raket qülləsi

_MRS6239

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi (MAKA) ADEX-2016 beynəlxalq müdafiə sərgisində BRDM-2 zirehli kəşfiyyat döyüş maşınının üzərində tank əleyhinə idarəolunan raketlərlə silahlandırılmış yüni qülləsini nümayişə çıxarıb.

“AzeriDefence”nin məlumatına görə, kompleks Türkiyənin ROKETSAN şirkətinin istehsalı olan uzun mənzilli UMTAS-U və orta mənzilli OMTAS tank əleyhinə raketlərlə silahlandırılıb.

Kompleksin üzərində 4 ədəd döyüşə hazır raket və elektro-optik cihazlar yerləşir. Qüllə 360 dərəcə ətrafda -10, +35 dərəcə vertikal bucaq altında atəş açmağa imkan verir.

OMTAS-ın mənzili 200-4000 metr, UMTAS-ın mənzili isə 500-8000 metrdir.

_MRS6239

_MRS6242

 

Xəbər Lenti