27/09/2016 00:44

ADEX-2016: Rusiya müdafiə sənayesi kompleksinin sərgidə nümayiş etdirəcəyi silah və texnikalar prototip olmayacaq

“Bakıda ADEX-2016 beynəlxalq müdafiə sənayesi ikinci dəfədir keçirilir. Rusiya hər iki sərginin iştirakçısıdır. Hesab edirik ki, ADEX Xəzər regionu ölkələrinin bu sahədə əməkdaşlığı, inteqrasiyası və görüşlərin keçirilməsi üçün yaxşı platformadır – məkandır. Məhz bu fakt “Rosoboroneksport” üçün bu sərgini maraqlı edir”.

“Rosoboroneksport”un baş direktorunun məsləhətçisi Esen Topoev deyib.

Sərgidə Rusiyanı 170 mütəxəssis təmsil edəcək.

“Rosoboroneksport” burada quru qoşunlar, hərbi hava qüvvələri, hərbi dəniz qüvvələri, polis və digər güc strukturları üçün silah və hərbi texnikanın nümayişini və təqdimatını həyata keçirəcək.

Rusiya şirkətlərinin sərgidə nümayiş etdirəcəkləri eksponatların sayı 300-dən çoxdur.

“Rosoboroneksport”un stendində Rusiyanın yaradılmaqda olan zirehli texnikaları, bundan başqa “Tiqr” avtomobili, amfibia-təyyarə Be-200, “Tor-M2KM” zenit-raket kompleksi, T-90S tankını, “Molniya” layihəli kater və 1124M proyektli kiçik gəmi nümayiş olunacaq.

Həmçinin, sərgidə “Visokotoçniye orujiye” Elmi-Tədqiqat Birliyinin yaratdığı “Metis-M1” tank əleyhinə sistemi, “Krasnopol-M2” yüksək dəqiq artilleriya kompleksi, “Qran” minomyotu, “Pançir-S1” zenit-raket kompleksi, AQS-30 qumbaraatanı, o cümlədən “Uralvaqonzavod” şirkətinin yeni modernləşdirdiyi T-72  tankı təqdim ediləcək.