15/01/2015 07:21

ADEX-2016 sərgisinin keçiriləcəyi tarix açıqlanıb

İkinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin (ADEX) keçiriləcəyi tarix açıqlanıb. Bu barədə “AzeriDefence”yə sərgini təşkil edən “İTECA Caspian” şirkətindən məlumat verilib.Növbəti – ikinci sərgi 27-30 sentyabr 2016-cü il tarixlərində Bakıda keçiriləcək.

Artıq birinci sərgidə iştirak etməmiş bir sıra şirkətlərdən ADEX-2016-da iştirakla bağlı müraciətlər daxil olmaqdadır.

ADEX-2014 birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi və Konfransı 2014-cü ilin sentyabr ayının 11-13-də keçirilib.