27/09/2016 01:04

ADEX-2016: “Vertolyotı Rosii” şirkətinin stendində Mi-38, Mi28NE, Ka-52 “Alliqator” helikopterləri nümayiş ediləcək

“Vertolyotı Rosii” şirkəti ADEX-2016 beynəlxalq müdafiə sənayesi sərgisində hərbi və mülki təyinatlı aktual helikopterlərlə iştirak edəcək.

“AzeriDefence”nin məlumatına görə,  şirkətin sərgidəki stendində iştirakçılar Mi-38, Mi28NE, o cümlədən Ka-52 “Alliqator” helikopterləri ilə tanış ola biləcəklər.

Holdinqin baş direktorunun müavini İqor Çeçikov bildirib ki, təmsil olunduğu qurum alıcılara həm keyfiyyətli məhsul, həm də satışdan sonrakı dövr üçün xidmət imkanları təqdim edirlər.

Şirkət nümayəndələri sərgi çərçivəsində əməkdaşlıq edilməsi üçün danışıqlar aparacağı da planlaşdırılır.

Bundan başqa Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsi və uzunmüddətli davamı üçün bir sıra sənədlərin imzalanması da sərgi çərçivəsində həyata keçiriləcəyi nəzərdə tutulub.