26/09/2018 02:28

ADEX-2018: AzTU ilə TUSAŞ arasında müqavilə imzalanıb

ADEX-2018 sərgisinin ilk günündə Türkiyənin TUSAŞ şirkəti ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

“AzeriDefence”nin məlumatına görə, müqaviləni AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov və TUSAŞ-ın İnsan Resursları Departamentinin direktoru Mustafa Akkurt imzalayıblar.

Müqavilədə aviasiya və kosmik sənayenin metallurgiya, maşınqayırma, informasiya texnologiyaları, elektroenergetika və bu kimi bir sıra sahələrində birgə əməkdaşlıq nəzərdə tutulub. Bundan əlavə, müqaviləyə əsasən  AzTU ilə TUSAŞ arasında mütəmadi olaraq qarşılıqlı səfərlərin reallaşdırılması, elmi və təcrübi biliklərin mübadiləsi, eləcə də birgə kadr hazırlığının həyata keçirilməsi planlaşdırılır.