26/09/2018 13:05

ADEX-2018: Baş nazir Novruz Məmmədov ANAMA-nın stendində olub

Azərbaycanın baş naziri Novruz Məmmədov sentyabrın 26-da Bakı Ekspo Mərkəzində ADEX-2018 üçüncü müdafiə sərgisi ilə tanışlıq çərçivəsində ANAMA-nın stendində olub.

“AzeriDefence”nin məlumatına görə, ANAMA-nın Planlaşdırma və İnkişaf şöbəsinin rəisi Pərviz Gidayev baş nazirə Agentliyin fəaliyyəti ilə bağlı məlumat verib. P.Gidayev Agentliyin beynəlxalq səviyədə gördüyü işlər, o cümlədən Türkiyənin iranla sərhədində aparılan minatəmizləmə ilə bağlı geniş məlumat verib.

Baş nazir Novruz Məmmədov öz növbəsində ANAMA-nın ölkə daxilində və xaricində icra etdiyi humanitar minatəmizləmə fəaliyyətinə hökumətin böyük diqqət ayırdığını vurğulayıb.