20/09/2018 14:00

ADEX-2018: “IMI Systems” yeni aviasiya raketini nümayiş etdirəcək

İsrailin “İMİ Systems” şirkəti ADEX-2018 beynəlxalq müdafiə sərgisində yeni raketini nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence” İMİ şirkətinə istinadən məlumat verib.

Şirkətin “Rampage” adlı uzun mənzilli, yüksək dəqiqliyə malik supersonik “hava-yer” sinif raketi ADEX-2018 sərgisində (Zal.2, Stend 2072) təqdim olunacaq.

GPS/İNS naviqasiyasına və maneələrə qarşı qoruma qabiliyyətinə sahib olduğu iddia edilən “Rampage” raketinin uzunluğu 4.7 metr, çəkisi 570 kq, sürəti 0.95 Mach, uçuş uzaqlığı 150 km təşkil edir.

Sərgidə İMİ şirkəti tərəfindən həmçininin LYNX çoxməqsədli artilleriya-raket sistemləri, müxtəlif taktik raketlər, tank mərmiləri və raket buraxıcı sistemlər də nümayiş olunacaq.