ADEX-2018: İran hərbi sənayesi Bakıda imkanlarını tanıdır

İran hərbi sənayesi ilk dəfə Bakıda keçiriləcək ADEX-2018 beynəlxalq müdafiə sərgisinə qatılıb.
“AzeriDefence”nin məlumatına görə, İranı sərgidə Müdafiə Nazirliyinin Eksport Mərkəzi təmsil edəcək.
İran Müdafiə Nazirliyinin Eksport Mərkəzinin stendində bu ölkənin hərbi müəssisələrində istehsal edilən müxtəlif elektro-optik müşahidə sistemləri, avionik sistemlər və dəniz vasitələri sərgilənəcək.
Sərgidə İran Müdafiə Nazirliyindən yüksək rütbəli rəsmilərin qonaq qismində iştirakı da planlaşdırılır.
Qeyd edək ki, ADEX-2018 İran və İsrail hərbi sənayesinin tarixdə bir yerdə təmsil olunduğu ilk hərbi sərgidir.