09/09/2018 13:29

ADEX-2018: İran hərbi sənayesi Bakıda öz potensialını nümayiş etdirəcək

İran ilk dəfə olaraq Azərbaycanda keçirilən beynəlxalq müdafiə sərgisində təmsil olunacaq.

Bu barədə “AzeriDefence”yə eksklüziv olaraq sərginin təşkilatçısı olan CEO şirkətindən məlumat verilib.

Sərgidə İran Müdafiə Nazirliyinin İxrac Mərkəzi böyük pavilyonla təmsil olunacaq. İran pavilyonunda bu ölkənin bir neçə dövlət hərbi sənaye şirkətinin təmsil olunacağı gözlənilir.

Qeyd edək ki, İrana qarşı beynəlxalq embarqolar ləğv ediləndən sonra İran hərbi sənaye şirkətləri xaricdə keçirilən müdafiə sərgilərində təmsil olunmağa başlayıblar. Bundan əvvəl, 2017-ci ildə İran hərbi sənayesi Rusiyada keçirilmiş “Armiya-2017”, cari ildə isə Türkiyədə keçirilmiş “Eurasia Airshow” sərgilərində iştirak edib.