26/09/2018 16:03

ADEX-2018: İran və Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Sentyabrın 26-da müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev ADEX-2018 üçüncü Beynəlxalq müdafiə sərgisi çərçivəsində İran müdafiə və silahlı qüvvələrə dəstək nazirinin sənaye və tədqiqat üzrə müavini, ordu generalı Reza Mozaffarinianın rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.

“AzeriDefence”nin məlumatına görə, görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

Reza Mozaffarinia ADEX-2018 sərgisinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğulayıb və tədbirə dəvətə görə təşəkkürünü bildirib.