25/09/2018 09:08

ADEX-2018: MSN 30 mm-lik avtomat topların istehsalına hazırlaşır

Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyi 30 mm-lik AT-30 avtomat topun ilk nümunəsini hazırlayıb.

“AzeriDefence”nin məlumatına görə, yeni yaradılmış məhsul ADEX-2018 sərgisində təqdim olunur.

“Şərq” İstehsalat Birliyinin baş direktoru İlqar Nəzərov “AzeriDefence”yə açıqlamasında topun seriyalı istehsalına hazırlıq işlərinin getdiyini deyib.

“Hazırda AT-30 topun istehsalına hazırlıq işləri gedir. Bu ilin sonunadək hazırlıq işlərini başa çatdırıb seriyalı istehsala başlayacağıq”, – deyə Nəzərov qeyd edib.

30×165 mm çaplı topun atəş tezliyi böyük tezlikdə dəqiqədə 500, kiçik tezliklə 300 atış, mmərminin başlanğıc sürəti 960 m/saniyə, topun uzunluğu 3027 mm, çəkisi isə 115 kiloqramdır.

AT-30 topu lüləsi də daxil olmaqla tam şəkildə “Şərq” İstehsalat Birliyində hazırlanıb.