25/09/2018 12:55

ADEX-2018: MSN betondələn bombaların yaradılmasını başa çatdırıb

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Elmi-Tədqiqat İnstitutu tərəfindən 100 və 250 kiloqramlıq sərbəst düşən betondələn aviasiya bombalarının yaradılması və sınaqları tamamlanıb.

“AzeriDefence”nin məlumatına görə, yaradılmış betondələn aviasiya bombaları ADEX-2018 sərgisində nümayiş etdirilib.

Nazirliyin stendində məlumat verilib ki, rəqibin dəmir-beton örtüklü obyektlərini və sığınacaqlarını məhv etmək üçün nəzərdə tutulan 100 (BETAB-100) və 250 kq-lıq (BETAB-250) sərbəstdüşən betondələn aviasiya bombaları seriyalı istehsala hazırdır. 100 kq-lıq betondələn  bomba ən azı 0.2¸0.7 metr, 250 kq-lıq betondələn bomba isə ən azı 0.8¸1.1 metr qalınlığında dəmir-betonu dəlmə qabiliyyətinə malikdir.