25/09/2018 09:24

ADEX-2018: MSN RPQ-26 reaktiv qumbaraatanların istehsalına hazırlaşır

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyi 2019-cu ildən RPQ-26 tipli reaktiv qumbaraatanların seriyalı istehsalına başlayacaq.

“AzeriDefence”nin məlumatına görə, Azərbaycanda təkmilləşdirmələrlə yaradılan RPQ-26 reaktiv qumbaraatan ADEX-2018 beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib.

“Cihaz” İstehsalat Birliyinin baş direktoru Fəlah Quliyev “AzeriDefence”yə açıqlamasında bildirib ki, hazırda layihə yaradılma mərhələsindədir.

“Həm silahın, həm də sursatın yaradılması ilə məşğuluq və iki mərhələni tamamlamışıq. 2019-cu ilin birinci yarım illiyində sınaqlar qurtarmalıdır.

Biz bu məhsulu əsas variant üzərində təkmilləşdirmə aparmaqla yaradırıq. Bu məhsula həm özümüzdə, həm də xaricdə böyük tələb var”, – deyə F. Quliyev qeyd edib.