11/08/2018 13:12

ADEX-2018 sərgisinə qatılan Azərbaycan şirkətlərinin sayı artıb

Sentyabr ayının 25-dən 27-dək Bakıda üçüncü dəfə keçiriləcək ADEX-2018 beynəlxalq müdafiə sərgisində iştirak edəcək Azərbaycan şirkətlərinin sayı artıb.

“AzeriDefence”nin məlumatına görə, sərgidə Müdafiə Sənayesi Nazirliyinin istehsalat birlikləri ilə yanaşı həmçinin özəl sektoru təmsil edən bir sıra şirkətlər təmsil olunacaqlar. ADEX sərgisinə qatılan yerli şirkətlərin sayı əvvəlki sərgilərlə müqayisədə xeyli artıb.

Sərgidə Azərbaycandan MSN ilə yanaşı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA), AMEA Yüksək Texnologiyalar Parkı (bu qurumun stendində Parkın rezidenti olan ayrı-ayrı şirkətlər təmsil olunacaqlar), “VITTA – Elmi-Texniki” MMC, Azərbaycan Sahibkarlar Konfederasiyası, “Azpromo”, “Hava Hücumundan Müdafiə Silahlarının və Hərbi Texnikalarının Servis Xidməti” MMC, Industrial Technical Solutions şirkətləri öz məhsul və xidmətlərini sərgiləyəcəklər.

Qeyd edək ki,  üçüncü dəfədir sərginin media tərəfdaşı qismində çıxış edən “Azeri Defence” jurnalı da ADEX-2018 sərgisində özünün Xüsusi Buraxılışını təqdim edəcək.