08/01/2019 12:29

ADEX-2020 sərgisinin keçiriləcəyi tarix müəyyənləşib

ADEX-2020 4-cü beynəlxalq müdafiə sərgisinin keçiriləcəyi tarix dəqiqləşib.

“AzeriDefence”nin məlumatına görə, ADEX beynəlxalq müdafiə sərgisi 8-10 sentyabr 2020-ci ildə Bakı şəhərində keçiriləcək.

2016-2018-ci illərdə sentyabr ayının sonlarında keçirilmiş sərginin tarixi göründüyü qədər ayın əvvəlinə çəkilib.

Qeyd edək ki, ADEX-2018 sərgisində 29 ölkədən 224 şirkət iştirakçı, 23 ölkədən 34 rəsmi nümayəndə heyəti ziyarətçi qismində təmsil olunub.