24/09/2018 13:53

ADEX sərgisində ABŞ şirkətlərinin iştirakı üçün çalışmalar aparılır

ADEX – Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində ABŞ şirkətlərinin iştirakı üçün çalışmalar aparılır.

“AzeriDefence”nin məlumatına görə, bu haqda məlumatı “ITE Group” şirkətinin regional direktoru Edvard Stron ADEX – 2018 müdafiə sərgisi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

E.Stron qeyd edib ki, ADEX hələ yeni sərgi hesab olunur: “Cəmi 3-cü dəfədir ki, keçirilir. Amma biz əlimizdən gələni edirik ki, orada istirak edən dövlət və şirkətlərin sayı artsın.

“ITE Group” şirkəti olaraq istəyirik ki, ABŞ da bu sərgidə iştirak etsin. Azərbaycanlılar da Amerikada istehsal olunan mudafiə sənayesi məhsulları ilə yaxından tanış olsunlar”.