23/05/2015 23:00

“Aeronautics” “Orbiter”in kamikadze versiyasını hazırlayıb

İsrailin “Aeronautics Defense” şirkəti “Orbiter-2” pilotsuz uçuş aparatının əsasında “Orbiter-1K” adlı yeni pilotsuz uçuş aparatını hazırlayıb.
Bu barədə “AzeriDefence” İsrail hərbi mediasına istinadən məlumat verib.

Loitering kateqoriyasına (kamikadze) aid bu aparat katapult vasitəsi ilə havaya qalxır. Gündüz və gecə kanalına malik bir çox sensorları daşıya bilən “Orbiter-1K” 2-3 saat uçuş imkanına sahibdir. Sistemə kiçik kompüter vasitəsi ilə nəzarət olunur.

“Orbiter-1K” stasionar və hərəkətli hədəfləri aşkarlaya və məhv edə bilər. PUA həmçinin paraşütdən və təhlükəsizlik yastığından istifadə etməklə bazasına eniş etməyi bacarır.