25/05/2013 12:53

“Aerostar” tipli PUA-ların füzelyajı Azərbaycanda istehsal olunacaq

Azərbaycan-İsrail əməkdaşlığı çərçivəsində Bakıda yığımı həyata keçirilən “Aerostar” tipli pilotsuz uçuş aparatlarının (PUA) mürəkkəb füzelyaj hissələri Azad Systems şirkətində istehsal olunacaq. “Azeri Defence”nin xəbərinə görə, bunu “Flight Global” saytına açıqlamasında İsrailin Aeronautics Defense Systems, şirkətinin rəhbəri Sami Totah bildirib.

S. Totahın sözlərinə görə, artıq bu məsələ tərəflər arasında razılaşdırılıb. Bu zavoda PUA istehsalında əlavə imkanlar qazandıracaq.

“Aerostar” taktik PUA-ları 230 kq yüklə havada 12 saat uçuş həyata keçirmək imkanına malikdir. Hazırda Aeronautics şirkəti bu müddətin 15 saata çatdırılması istiqamətində işləyir.