17/02/2017 13:49

AG600 “Ağ əjdaha”nın mühərrik testləri yekunlaşdı

“Çinin Aviation Industry Corporation of China” (AVIC) şirkətinin istehsalı olan AG600 amfibiya təyyarəsinin mühərrik testləri tamamlanıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Çin mediası xəbər yayıb.

Dünyanın ən böyük amfibiya təyyarələrindən olan AG600 “Ağ Əjdaha” təyyarəsinin ilk uçuşunun 2017-ci ilin iyununda həyata keçirilməsi planlaşdırılır.

AG600 təyyarəsinin uzunluğu 36,9 metr, qanadlarının kənar nöqtələri arasındakı məsafə 38,8 metr, çəkisi 53,5 ton, sürəti 500 km/saat, uçuş mənzili 4 500 km təşkil edir.

Amfibiya təyyarəsi 20 saniyə ərzində 12 ton su toplaya bilir. 12 saat havada qala bilən təyyarənin 50 nəfər sərnişin daşıma qabliyyəti də var.

Məlumatda o da qeyd olunub ki, AG600 amfibiya təyyarəsi havadan yanğınla mübarizə və axtarış-xilasetmə əməliyyatları üçün hazırlanıb.

Çin 15 il ərzində 60 ədəd AG600 “Ağ Əjdaha” təyyarəsini xidmətə almağı planlaşdırır.