13/01/2018 21:30

Ağdamda kanaldan 4 ədəd top mərmisi aşkar edilib – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyə (ANAMA) yanvarın 13-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində 4 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində su kanalına baxış keçirilib.

Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 4 ədəd partlamamış hərbi sursat (3 ədəd 100 mm-lik top mərmisi və 1 ədəd 122 mm-lik top mərmisi) aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.