15/06/2017 22:50

Ağdamda top və tank mərmisi aşkar edilib

İyunun 15-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonun Əhmədağalı kəndi ərazisində partlamamış hərbi sursatın (PHS) aşkar olunması barədə məlumat daxil olub.

Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən daxil olan məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən Əhmədağalı kəndində rabitə xəttinin çəkiləcəyi əraziyə baxış keçirilib. Əmliyyat nəticəsində 2 ədəd PHS – 1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) və 1 ədəd 125 mm-lik tank mərmisi (OF-26) aşkar edilərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş sursatların ətrafında 9 000 kv.m. əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.