25/11/2015 09:10

“Ağıllı tapança” istehsal olundu

“Beretta” şirkəti yeni – “i-Protect” silah sisteminin yaratdığına dair açıqlama verib.

“AzeriDefence”nin məlumatına görə, “Beretta” şirkətindən bildirilib ki, “ağıllı tapança” adlandırılan bu silahın kütləvi istehsalı üçün heç bir məhdudiyyət yoxdur.

Yeni tapança “Beretta PX4 Storm” 9 mm çaplıdır, ikiqat müdafiə sisteminə malikdir. Tapançanın üstün cəhəti isə silahın smartfon, yaxudda planşet vasitəsilə idarə oluna bilməsidir.

Bu sistem vasitəsilə silahın harada və hansı əməliyyatda istifadə olunduğunu müşahidə etmək olar.

Bundan başqa silaha video kamera da inteqrasiya edilə bilər ki, bununla da komanda məntəqəsindən əməliyyatın birbaşa izlənilməsi mümkün olacaq.

Tapançanın yekun sınaq testləri bu ilin iyul-avqust aylarında İtaliyada keçirilib.