27/01/2017 12:55

Ağstafada avtomobil körpüsünün altından 44 ədəd partlamamış hərbi sursat tapılıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən partlamamış hərbi sursatların (PHS) zərərsizləşdirilməsi tədbirləri davam etdirilib.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Ağstafa rayonu Qırlı kəndi – Həsənsu çayının üzərində yerləşən avtomobil körpüsünün altında 44 ədəd partlamamış hərbi sursat (41 ədəd 7.62 çaplı patron, 1 ədəd 7.62 çaplı RPS patron, 1 ədəd 5.45 çaplı patron və 1 ədəd əl qumbarası – Diyamkov) və 1 ədəd 7.62 çaplı patron darağı aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Nəticə etibarilə 500 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən yanvarın 01 -26-sı tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 3 otlaq sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə baxış keçirilib.

Bu ərazilərdən 1513 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Qeyd olunan tarix dövründə 17250 kv.m ərazi yoxlanılıb.