08/08/2019 11:39

Ağstafada Azərbaycanın dövlət sərhədini pozan Gürcüstan vətəndaşı saxlanılıb

Azərbaycanın dövlət sərhədini pozan Gürcüstan vətəndaşı saxlanılıb.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xid­mətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, DSX-nin Sərhəd Qoşun­larının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xid­məti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqa­mətində dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində sax­lanılıb.

Fakt üzrə cinayət işi qaldırılmışdır, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.