27/03/2012 09:31

Aimpointdən yeni qırmızı nöqtəli nişangah

Optik nişangahların istehsalı üzrə dünyanın aparıcı firmalarından olan “Aimpoint” şirkəti yeni məhsulunu – 2 MOA Micro H -1 qırmızı nöqtəli nişangahını təqdim edib. Bu barədə “AzeriDefence” “Aimpoint” şirkətinin saytına istinadən məlumat verib.

Yeni nişangah bazara mövcud 4 MOA Micro H-1 modeli ilə birgə təklif olunacaq.

Artıq 2 MOA Mikro H-1-in sınaqlarına başlanıb. Daha yüksək keyfiyyətə malik olan bu optik nişangah ən sərt şəraitlərdə rahat istifadə edilə biləcək. Bu cihaz xüsusilə də toza və suya qarşı davamlı olacaq.