29/04/2016 16:31

“Kalaşnikov”un yeni avtomatı silahlanmaya qəbul olunur

 

Rusiyanın “Kalaşnikov” şirkətinin istehsalı olan AK-12 avtomatı bu ilin oktyabrında silahlanmaya qəbul oluna bilər.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, şirkətin marketinq üzrə direktoru Vladimir Dmitriyev bildirib ki, artıq silah hərbi bölmələrdə sınaq mərhələsindədir.

Onun sözlərinə görə, yaxın vaxtlarda bu silahdan 30 ədəd nümunə kimi Müdafiə Nazirliyinə veriləcək. İlin sonuna kimi isə AK-12 əsgərin “Ratnik” adlı təchizatına daxil ediləcək.

Məlumatda o da qeyd edilib ki, “Ratnik” təchizatına AK-12 və AEK-971 avtomatlarının daxil ediləcəyi nəzərdə tutulub.