06/01/2017 09:07

“Alakran” avtomatik minaatan sisteminin ixracına başlanılır

LMC sistem_minatan

İspaniyanın “Everis Group New Technologies Global Systems” şirkətinin istehsal etdiyi 120 mm-lik “Alakran” avtomatik minaatan sisteminin (light mortar carrier/LMC) ixracına dair ilk müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Sistem yüngül təkərli platformalar üçün nəzərdə tutulub.

Müqavilə çərçivəsində şirkət adı açıqlanmayan ölkə üçün 100 ədəd LMC sistemi istehsal edəcək. 120 mm-lik LMC sistemi əməliyyat zamanı sürətli müdaxiləni təmin etmək məqsədilə hazırlanıb.

Məlumata görə, yeni ixrac edilən LMC sistemi “Toyota Land Cruiser 70” nəqliyyat vasitəsinə inteqrasiya ediləcək.

Qeyd edək ki, 120 mm-lik “Alakran” sistemini “Jeep J8”, “Land Rover Defender” və “Agrale Marrua” kimi nəqliyyat vasitələrinə də inteqrasiya etmək mümkündür.

Xəbər Lenti