31/01/2018 12:05

Aleksandr Turçinov: Ukrayna milli qanadlı raketin ilk atış sınaqlarını keçirib – VİDEO

Ukrayna Ordusu milli imkanlar hesabına hazırlanan yeni qanadlı raketinin ilk atış sınaqlarını keçirib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov “Twitter” səhifəsində bildirib.

Ukraynanın “Luç” Dövlət Konstruktor Bürosu tərəfndən hazırlanan yeni “yer-yer” tipli qanadlı raket yerüstü və dəniz hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulub. A.Turçinov milli qanadlı raketin sınaqlarının müvəffəqiyyətlə tamamlandığını bəyan edib. Yeni raketin xarakteristikaları haqqında hələki məlumat verilimir.

“Bizim qanadlı raketlərimiz və onların döyüş təchizatları, Ukraynanın bu tip silah növü beynəlxalq müqavilələrə zidd deyil”, – deyə A.Turçinov qeyd edib. Katib bildirib ki, milli raket proqramı əlaqələndiricisi olan Milli Təhlükəsizlik və Müdafiə Şurası ölkənin müdafiə sənayesi müəssisələrinə yalnız yerüstü deyil, dəniz və hava sahələrində də qanadlı raket komplekslərini inkişaf etdirilməsini tapşırıb.

A.Turçinovun sözlərinə görə, yeni qanadlı raketin sınaqlarının keçirilməsi mühüm hadisədir: “Budapeşt Memorandumuna əsasən Ukrayna ordusunun ümumi silahsızlaşdırmasından sonra, Ukrayna Silahlı Qüvvələrində heç bir qanadlı raket qalmayıb. Artıq müdafiənin təmin edilməsi üçün daha bir əhəmiyyətli arqument hazırdır “.