02/06/2018 14:42

Ali Hərbi Məktəbin kursantları nəzəri və praktiki imtahanlar verirlər – FOTO

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları keçirilir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri ixtisasları üzrə dörd il müddətində hazırlıq keçən kursantlar bilik və bacarıqlarını nümayiş etdirirlər.

Gələcəyin zabitləri sinif otaqları və xüsusi hazırlanmış məntəqələrdə ixtisasları və rəhbər sənədləri bilmələri üzrə nəzəri, çöl səhra şəraitində isə taktiki və atəş hazırlığı, döyüş texnikasının istismarı, eləcə də digər fənlər üzrə praktiki imtahanlar verirlər.