25/06/2019 18:11

Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib 

İyunun 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident İlham Əliyevin sərəncamına əsasən ali hərbi rütbələr verilən Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Prezidentin sərəncamı və Müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra hərbi qulluqçulara ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib. Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran Müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.